Bu il Azərbaycana idxal olunan bananın qiyməti məlum oldu
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 45 523.24 ton banan və plantayn (bişmiş banan) daxil olmaqla təzə və ya qurudulmuş bananların idxalı həyata keçirilib.
Liderxeber.az rəsmi statistikaya istinadən xəbər verir ki, idxal olunan bananların dəyəri 45 milyon 378.97 min dollar təşkil edib.
Ötən ilin müvafiq dövründə isə ölkəyə ümumi dəyəri 39 milyon 995.54 min dollar olan 48 311.16 ton banan gətirilib. Ötən illə müqayisədə bu il idxalın həcmi təxminən 3.2 ton azalsa da, idxal dəyəri təxminən 6 milyon dollar çoxdur.
Rəsmi rəqəmlərdən məlum olur ki, bu il ölkəyə idxal olunan bir kiloqram banan üçün bir dollar ödənilib. Hazırda pərakəndə satış məntəqələrində bananın bir kiloqramının qiyməti 2.5-3 manat arasında dəyişir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
24 iyun 2025, Çərşənbə axşamı
Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu
07 yanvar 2025, Çərşənbə axşamı
Xaricdən maşın gətirmək istəyənlər oxusun! - Bu halda gömrük rüsumu ödənilmir
