Bizdə üçəmlər arasında qızlar çoxdur, oğlanlar? - STATİSTİKA
2026-cı ilin yanvar-may aylarında Azərbaycanda 48 üçəm uşaq doğulub.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, onlardan 23-ü oğlan, 25-i isə qızdır.
Məlumata görə, əkizlərdən isə 629-u oğlan, 555-i isə qızdır.
Məlumat üçün bildirək ki, cari ilin ilk beş ayında ölkədə ümumilikdə 34 min 56 uşaq dünyaya gəlib. Onlardan 18 min 216-sı oğlan, 15 min 840-ı isə qız olub.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda ümumilikdə 95 min 875 uşaq anadan olub. Onlardan 50 min 914-ü oğlan, 44 min 961-i qız təşkil edib. Həmin il 3 min 170 əkiz (1 615 oğlan, 1 555 qız) və 117 üçəm uşaq (64 oğlan, 53 qız) dünyaya gəlib.
Oxşar Xəbərlər:
26 may 2025, 10:26
02 sen 2024, 13:57
15 apr 2024, 12:43
