Pressa.az » İqtisadiyyat » Braziliya gömrük xidmətinin rəhbəri “Xanoba” gömrük postunda olub

Braziliya gömrük xidmətinin rəhbəri “Xanoba” gömrük postunda olub

29 iyul 2026, Çərşənbə, 16:47
Braziliya gömrük xidmətinin rəhbəri “Xanoba” gömrük postunda olub

İyulun 29-da Azərbaycana səfəri çərçivəsində Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelho Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda olub.

Fabiano Koelho sərhəd-keçid prosedurları, inteqrasiya olunmuş sərhəd idarəçiliyi və beynəlxalq yük axınlarının tənzimlənməsi ilə tanış olub, sərhədkeçmə proseslərini, xidmətin təşkilini əyani şəkildə izləyib.

Daha sonra Braziliya gömrük xidmətinin rəhbəri Səlahiyyətli İqtisadi Operator (SİO) statusuna malik “Food City” Aqroparkına baş çəkib. 

Qonağa aqroparkın fəaliyyəti, müasir logistika infrastrukturu, eləcə də SİO olaraq gömrük və ticarətin asanlaşdırılması sahəsində tətbiq olunan üstünlüklər barədə məlumat verilib, təqdimat nümayiş etdirilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.