Pressa.az » İqtisadiyyat » Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

31 iyul 2026, Cümə, 10:00
Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin, sabit - 6,5 faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Qərara görə, faiz dəhlizinin aşağı həddi 5,5 faiz, yuxarı həddi isə 7,5 faiz səviyyəsində saxlanılır.

Mərkəzi Bankdan verilən məlumata görə, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində olması, qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu və daxili makroiqtisadi mühit, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyü əsas götürülüb.