Pressa.az » İqtisadiyyat » Altı marşrutun hərəkət istiqaməti dəyişir

Altı marşrutun hərəkət istiqaməti dəyişir

06 avqust 2026, Cümə axşamı, 19:23
Altı marşrutun hərəkət istiqaməti dəyişir

Paytaxtın Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.

Liderxeber.az xəbər verir ki, məhdudiyyət səbəbindən 7-10 avqust tarixlərində 33, 52, 65 və 79 nömrəli müntəzəm marşrutların hərəkəti Füzuli və Abdulla Şaiq küçələri, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq.

Əks istiqamətdə isə avtobuslar Abbasqulu ağa Bakıxanov küçəsi, İnşaatçılar və Nəriman Nərimanov prospektləri, Mirzağa Əliyev küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.

Eyni zamanda, 14 və 96 nömrəli marşrutların hərəkəti Füzuli və Abdulla Şaiq küçələri, əks istiqamətdə isə Nəriman Nərimanov prospekti və Mirzağa Əliyev küçəsi, daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq.