Pressa.az » İqtisadiyyat » Azərbaycanda yüksək əməkhaqqılı vakansiyalar hansı sahələrə aiddir?

Azərbaycanda yüksək əməkhaqqılı vakansiyalar hansı sahələrə aiddir?

07 avqust 2026, Cümə, 15:28
Azərbaycanda yüksək əməkhaqqılı vakansiyalar hansı sahələrə aiddir?

Azərbaycanda yüksək əməkhaqqılı vakansiyaların hansı sahələrə aid olduğu məlum olub.

Liderxeber.az xəbər verir ki, Dövlər Məşğulluq Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda sistemdə mövcud olan yüksək əməkhaqqılı vakansiyalar əsasən informasiya və rabitə, maliyyə və sığorta, emal sənayesi və digər sahələr üzrədir.

Qeyd olunub ki, həmin vakansiyalar şöbə rəisi, maliyyə departamentinin direktoru kimi rəhbər vəzifələri əhatə edir.

Eyni zamanda vakansiya bankında xidmət, ticarət, istehsal, kənd təsərrüfatı və digər sahələr üzrə də yüksək əməkhaqqılı iş yerləri mövcuddur.

Həmçinin bildirilib ki, vakansiyalar üzrə əməkhaqqı məbləği işəgötürənlər tərəfindən təhsil və ixtisas səviyyəsi, peşə bacarıqları, iş təcrübəsi, əmək funksiyalarının mürəkkəbliyi, iş şəraiti və vəzifəyə dair digər tələblər nəzərə alınmaqla müəyyən edilir.

İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Agentliyin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər.

Xatırladaq ki, "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur.