Qızılın qiyməti artıb
"Comex" birjasında dekabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti mayın 29-dan bəri ilk dəfə trua unsiyası üçün 4 600 dolları keçib.
Liderxeber.az-ın xəbərinə görə, bunu ticarət platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 5:35-ə olan məlumata görə, qızılın qiyməti 1.21% artaraq, trua unsiyası üçün 4 600.3 dollara çatıb.
Saat 5:45-ə olan məlumata görə, füçerslərin qiyməti artımını ləngidib və trua unsiyası üçün 4 583.5 dollar səviyyəsində olub (0.84% artım).
Eyni zamanda, sentyabr ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti 0.57% artaraq, trua unsiyası üçün 68.49 dollar təşkil edib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 oktyabr 2024, Çərşənbə
Dünyada qızılın bahalaşması Azərbaycanda alıcılıq qabiliyyətinə necə təsir edir?
