Pressa.az » İqtisadiyyat » Polşa 16 partiya əlavə neft alır - Siyahıda Azərbaycan da var

Polşa 16 partiya əlavə neft alır - Siyahıda Azərbaycan da var

17 sentyabr 2026, Cümə axşamı, 11:42
Polşa 16 partiya əlavə neft alır - Siyahıda Azərbaycan da var

Polşanın ən böyük dövlət energetika şirkəti “Orlen” Səudiyyə Ərəbistanından neft tədarükündə yaranan fasilələri kompensasiya etmək üçün digər ölkələrdən 16 partiya əlavə xam neft almağa başlayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Şirkət öz bəyanatında Azərbaycan, Norveç, Böyük Britaniya, Əlcəzair, Qazaxıstan, həmçinin Şimali və Cənubi Amerika ölkələri ilə tədarük müqavilələri bağladığını açıqlayıb.

Qeyd edək ki, sentyabrın 10-da Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) hücumlarından sonra Səudiyyə Ərəbistanında nefti ölkənin şərq sahilindən Qırmızı dəniz bölgəsinə nəql edən “Şərq-Qərb” boru kəmərinin fəaliyyəti dayandırılıb. “Orlen” şirkətinin neft tələbatının təxminən 40%-ni isə “Saudi Aramco” təmin edir.