Əmtəə bazarlarında qızılın bahalaşması davam edir
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,29% artaraq, 2 075 ABŞ dollarına bərabər olub.
LiderXəbər birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,43% artaraq 24,67 dollar təşkil edib.