Əkinçilərə şad xəbər
Aqrar Subsidiya Şurası yanacaq qiymətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq əkin subsidiyalarını artırıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ildə avtomobil benzini və dizel yanacağının qiymət artımının bir hissəsinin kompensasiya edilməsi məqsədilə, gələn ildən dənli və dənli paxlalılar, kartof, tərəvəz, yonca və təkrar əkinlər üçün əkin subsidiyaları artırılacaq.
Şuranın qərarına əsasən, meyvəçilik sahəsində dəstək artaraq davam edəcək. Damcı suvarma sistemi ilə təmin olunmuş intensiv meyvə bağları üçün müxtəlif şərtlər müəyyən edilib:
- Alma, armud, gilas, albalı, gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
Mərkəzi Aran, Şirvan-Salyan və Şərqi Zəngəzur iqtisadi rayonlarında intensiv zeytun bağlarına hər hektara görə 5 600 manat məbləğində əkin subsidiyası veriləcək.
Bundan əlavə, zeytun bağlarının salınmasına görə əkin subsidiyasının verilməsi üçün minimum sahənin 2025-2026 təsərrüfat ilində 50 hektar, cari təsərrüfat ilində isə 15 hektar olaraq müəyyən edilməsi nəzərdə tutulur.