Вернуться назад Распечатать

Dünya bazarında neft cüzi bahalaşıb

Dünya bazarında neft qiymətləri ABŞ dollarının zəifləməsi fonunda artıb.

LiderXəbər birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin avqust fyuçersləri 0,72 % və ya 0,52 ABŞ dolları bahalaşaraq 1 bareli 72,36 ABŞ dolları təşkil edib.

Nyu-York əmtəə birjasında "WTI" markalı neftin iyul fyuçerslərinin qiyməti 0,57 % və ya 0,38 ABŞ dolları artaraq 1 bareli 67,5 ABŞ dollarına satılıb.

Qeyd edək ki, ABŞ dollarının digər 6 əsas dünya valyutası qarşısında dəyərini göstərən DXY indeksi ticarət zamanı 0,2 % ucuzlaşıb. Bu da neftin digər valyuta sahibləri üçün cəlbediciliyini artırır.

Xatırladaq ki, iyunun 13-14-də ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iclası keçiriləcək. FED-in sərt pul-kredit siyasətinə fasilə verəcəyi proqnozlaşdırılır.