2025-ci ilin yanvar-sentyabr aylarında 1 milyon 81.3 min ton avtomobil benzini istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 1 faiz artım deməkdir. O cümlədən, 13.8 min ton Aİ-95 markalı avtomobil benzini istehsal olunub.
Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 45% azdır.
Liderxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk 9 ayında 4 milyard 47.3 milyon manat dəyərində neft məhsulu istehsal olunub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.4 faiz çoxdur.
Neft məhsullarından mazut istehsalı 2.1 dəfə, neft koksu istehsalı 8.5 faiz, dizel yanacağı (qazoyl) istehsalı 6.2 faiz, ağ neft istehsalı isə 5.3 faiz artıb.
Eyni zamanda, neft bitumu istehsalı 9.9 faiz, sürtkü yağları istehsalı isə 44.7 faiz azalıb.