2025-ci ilin yanvar-noyabr aylarında sığorta bazarında toplanan haqlar və həyata keçirilən ödənişlərin strukturu məlum olub.
Liderxeber.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bazarda həm yığım, həm də ödəniş baxımından həyat və avtonəqliyyat sığortası əsas paya malik olub.
Könüllü sığortalar üzrə ən böyük yığım həyat sığortasının payına düşüb. Hesabat dövründə həyat sığortası üzrə yığımlar 683.2 milyon manatı, ödənişlər isə 590.1 milyon manatı ötüb.
Qeyri-həyat sığortaları arasında lider tibbi sığortadır. Tibbi sığorta üzrə yığımlar 121.9 milyon manat, ödənişlər isə 81.3 milyon manat səviyyəsində qeydə alınıb.
Əmlak sığortası üzrə ümumi yığım 216.6 milyon manata, ödənişlər isə 40.6 milyon manata yaxınlaşıb.
Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 165.6 milyon manat, ödənişlər isə 123.7 milyon manat təşkil edib.
Ümumilikdə, 2025-ci ilin yanvar-noyabr aylarında sığorta bazarı üzrə 1 milyard 365.4 milyon manat sığorta haqqı toplanıb, 844.8 milyon manat isə sığorta ödənişi həyata keçirilib.