Вернуться назад Распечатать

İşləyən pensiyaçılarla bağlı dəyişiklik təklif edildi

“Əmək pensiyaları” haqqında Qanuna uyğun olaraq yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur. 6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır”.

Liderxeber.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır. Göründüyü kimi, işləyən vətəndaşlarımızın pensiyasına əlavələr 2 dəfə- 6 ildən bir edilir. Bu o deməkdir ki, 65 yaşında pensiyaya çıxan və işləməyə davam edən vətəndaşımızın ikinci dəfə pensiyasına əlavələr 77 yaşında edilir. 

Əksər inkişaf etmiş ölkələrdə, bu hallarda pensiya kapitalından istifadə üçün müəyyənləşdirilmiş müddət daha qısa zamanı əhatə edir. Ona görə təklif edərdim ki, “Əmək pensiyaları” haqqında Qanunda dəyişikliyə baxılsın və işləyən pensiyaçı vətəndaşlarımızın pensiya kapitalından istifadə 2 dəfə 6 ildən bir deyil, 3 dəfə 4 ildən bir həyata keçirilsin. Bu hal işləyən pensiyaçıların topladığı pensiya kapitalından daha səmərəli istifadəsinə və o vətəndaşlarımızın pensiyalarında daha çox artıma səbəb olar. İşləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişikliklə çoxlu sayda vətəndaşlarımızın pensiya məbləğləri artardı”, - millət vəkili qeyd edib.