Müxtəlif bitki növlərinin bioloji tələbatının ödənməsində perspektivli yollardan biri kimi nəzarət edilən şəraitdə becərilmə, dolayısı ilə bitkilərin inkişafının idarə edilməsi mühitin stress amillərinə davamlılığın optimallaşdırılmasında xüsusi əhəmiyyətlidir.
Liderxeber.az xəbər verir ki, 2025-ci ilin dekabr ayından Əkinçilik ETİ-də yaradılmış “Sürətli Nəsilartırma” laboratoriyası fəaliyyətə başlayıb.
Laboratoriyada təmin olunmuş infrastruktur yeni sort və hibridlərin (F1) yaradılması hədəfinə daha qısa müddətdə nail olunmasında çox aktual olan Sürətli seleksiya üsulunun tətbiqi ilə buğda, arpa, qarğıdalı, noxud, mərcimək və günəbaxan kimi müxtəlif bitki növlərinin əkini aparılıb.
Nəzarətli iqlim şəraiti bitkilərin sürətli və sağlam böyüməsini təmin edib. Qısa müddət ərzində müsbət nəticələr əldə olunub: günəbaxan bitkisi çiçəkləmə mərhələsinə çatıb, buğda və arpa kimi payızlıq bitkilər kollanma, mərci və noxud budaqlanma, qarğıdalı isə 7-8 yarpaq əmələgəlmə mərhələsindədir.
Mövcud şərait genetik təhlil və sortlama prosesini sürətləndirməklə bir ildə bir neçə nəsil yetişdirməyə imkan verəcək.
Əldə edilən nailiyyətlər yeni yaranan laboratoriyanın effektliliyini göstərir və gələcəkdə sortalma müddətinin 12-15 ildən 5-6 ilə qədər azaldılması üzrə yeni perspektivlər açır.