İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar ayı ərzində daşınmaz əmlak üzərində 31.020 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Bu barədə Liderxeber.az-a Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 5.594-ü (18%) ilkin, 25.426-sı (82%) isə təkrar qeydiyyatın payına düşür.
2026-ci ilin yanvar ayı ərzində fərdi yaşayış və bağ evi üzərində - 6.420, mənzil - 7.338, torpaq sahəsi - 16.184, qeyri-yaşayış binası - 271, qeyri-yaşayış sahəsi - 754, əmlak kompleksi - 47 və çoxmərtəbəli yaşayış binası - 6 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 7.562-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar ayı ərzində 21.928 texniki pasport tərtib edilib, 5.271 ipoteka müqaviləsi qeydiyyata alınıb.