Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə iş elanları üzrə daha genişmiqyaslı kəmiyyət təhlili aparıb.
Liderxeeber.az xəbər verir ki, iş elanı platformalarında 2022-2025-ci illərdə təqdim edilən 61 400 vakansiya qurum tərəfindən təhlil olunub və əmək bazarında ən çox tələb olunan 10 prioritet peşə istiqaməti müəyyən edilib:
Qeyd edilənlərlə yanaşı, təhsil, maliyyə və İT sahələri əmək bazarında sabit və strateji əhəmiyyətli istiqamətlər olaraq qalmaqdadır.
Araşdırılan dövr ərzində iş elanlarının əksər hissəsində əməkhaqqı qeyd edilməyib. Əməkhaqqı göstərilən iş elanlarında isə təklif olunan əməkhaqlarının orta aylıq məbləği 2022-ci ildə 745 manat, 2023-cü ildə 858 AZN, 2024-cü ildə 939 AZN, 2025-ci ildə 959 AZN təşkil edib.
Bütün illər üzrə vakansiyalarda ən çox tələb olunan yumşaq bacarıq ünsiyyət bacarıqları olub. Bu göstəricinin yüksək olması işəgötürənlərin texniki biliklərlə yanaşı, namizədlərin insanlarla işləmək, fikrini aydın ifadə etmək və iş mühitində effektiv qarşılıqlı əlaqə qurmaq qabiliyyətinə xüsusi önəm verdiyini göstərir.
Komanda ilə işləmək və məsuliyyətlilik isə ikinci və üçüncü ən çox tələb olunan yumşaq bacarıqlar sırasında yer alıb.