Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi kart əməliyyatları ilə bağlı texniki problem yaranıb.
Liderxeber.az xəbər verir ki, bu barədə bankın müştərilərinə mobil tətbiq vasitəsilə sms bildirişi göndərilib.
“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik!”, – məlumatda qeyd olunub.
Problemlə bağlı Azərbaycan Beynəlxalq Bankına sorğu ünvanlamışıq.
***
Bundan başqa, hazırda “Expressbank” və “AccessBank”da da bənzər problem yaranıb.
