Вернуться назад Распечатать

"AQAT-SİLVER" xeyriyyə yarmarkasında iştirak edib - FOTOLAR

Marsol Group, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və “İnkişafa Doğru” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Bilik Günü” xeyriyyə yarmarkası keçirilib.

Passage 1901-də baş tutan tədbirdə Marsol Group-un partnyoru olan sahibkarlar, şirkət nümayəndələri, eləcə də sosial təşəbbüslərə dəstək verən şəxslər bir araya gəlib. Yarmarka iştirakçılar üçün həm birlikdə vaxt keçirmək, həm də sosial təşəbbüsə töhfə vermək imkanı yaradıb.

Tədbirin əsas məqsədi yarmarkadan əldə olunan vəsaiti uşaqların təhsilinə və onların gələcəyinə dəstək məqsədilə yönəltmək olub. Təhsilə və uşaqların inkişafına yönələn bu təşəbbüs sosial məsuliyyətin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Xeyriyyə yarmarkasında "AQAT-Siler" mağazalar şəbəkəsi də iştirak edib. Yarmarkarda ziyarətçilərə müxtəlif təbii daş-qaş, boyunbağı, qolbaqlar təqdim edilib.