Qazaxıstan və Azərbaycan Xəzər dənizində Kurık və Bakı limanları arasında sərnişin daşımalarını bərpa etməyi planlaşdırır.
Liderxeber.az “24KZ” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel açıqlayıb.
Onun sözlərinə görə, bu təşəbbüsü Qazaxıstan tərəfi irəli sürüb və Azərbaycan bu təklifi dəstəkləyib.
Bildirilib ki, hər iki ölkənin nəqliyyat qurumları Xəzər dənizində sərnişin daşınmasının tezliklə bərpa edilməsi üzrə işlərə başlayıb.
Qeyd edək ki, Kurık-Bakı-Kurık marşrutu üzrə sərnişin daşımaları 2020-ci ilə qədər həyata keçirilib və COVID-19 pandemiyası səbəbindən dayandırılıb.