Вернуться назад Распечатать

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu öz işinə başlayıb.

Liderxeber.az xəbər verir ki, builki forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.

Nüfuzlu beyin mərkəzlərinin tərəfdaşlığı ilə təşkil edilən forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirib.

Prezident İlham Əliyev Forumun iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısının müraciətini Baş nazirin müavini Samir Şərifov səsləndirib.