Aqrar sahədə dövlətin vəzifələri qanunla müəyyənləşir.
Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni - “Aqrar sahə haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, aqrar sahədə dövlətin vəzifələri aşağıdakılardır:
- normativ tənzimləmənin həyata keçirilməsi;
- aqrar sahənin inkişafına dair dövlət siyasətinin formalaşdırılması, o cümlədən dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin hazırlanması və həyata keçirilməsi;
- aqrar sahəyə dövlət nəzarətinin təşkili və həyata keçirilməsi;
- aqrar sahə subyektlərinin, aqrar istehsal vasitələrinin və aqrar məhsulların uçotunun və qeydiyyatının təşkili;
- məhsuldarlığın, rəqabət qabiliyyətinin və istehsal səmərəliliyinin artırılması, habelə aqrar sahə subyektlərinin mənafeyinin qorunması ilə bağlı tədbirlərin görülməsi;
- dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi;
- aqrar xidmətlərin həyata keçirilməsi, habelə aqrar xidmət mərkəzlərinin və maddi-texniki təminat sisteminin təşkili və inkişaf etdirilməsi;
- heyvan və bitki sağlamlığının qorunması üzrə tədbirlərin həyata keçirilməsi;
- vergi intizamının gücləndirilməsi və maliyyə şəffaflığının təmin olunması;
- elmi tədqiqatların, innovasiyaların, rəqəmsallaşmanın və insan kapitalının inkişafının dəstəklənməsi;
- aqroparkların, aqroklasterlərin, daşınma və aqrar emal infrastrukturunun yaradılmasının və inkişafının təşviqi;
- kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təşkili;
- heyvandarlıqda seleksiya-damazlıq, bitkiçilikdə seleksiya və toxumçuluq sisteminin inkişaf etdirilməsi;
- kənd yerlərinin dayanıqlı inkişafı üzrə tədbirlərin həyata keçirilməsi;
- aqrar sahənin rəqəmsallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi;
- aqrar məhsulun istehsalı ilə bağlı texniki tələblərin (aqrotexniki, aqrokimyəvi, suvarma sistemləri və s.), standartların və reqlamentlərin müəyyənləşdirilməsi;
- aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq, qiymətləndirmə və proqnozlaşdırmanın həyata keçirilməsi;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən respublika üzrə tövsiyə xarakterli aqrar ixtisaslaşmanın aparılması və təsdiqi;
- aqrar sahə üzrə milli genetik ehtiyatların qorunması və səmərəli idarə olunması;
- karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi;
-qanuna uyğun olaraq hüquqmüəyyənedici sənədlərin (patent, lisenziya və icazələr, habelə müəlliflik şəhadətnamələri) verilməsi;
-dayanıqlı aqrar sistemin təmin olunması, inteqrasiya olunmuş kənd təsərrüfatı sistemlərinin genişləndirilməsi və aqrar məhsul istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin artırılması üzrə tədbirlərin həyata keçirilməsi;
- qeyri-formal məşğulluğun qarşısının alınması və dayanıqlı məşğulluğun artırılması üzrə tədbirlərin həyata keçirilməsi;
- sosial inklüzivliyin təmin olunması, qadınların, gənclərin və həssas sosial qrupların aqrar sahədə iştirakının dəstəklənməsi;
- aqrar kooperativlərin və aqrar sahədə fəaliyyət göstərən ictimai birliklərin yaradılmasının təşviqi, fəaliyyətinin dəstəklənməsi və gücləndirilməsi;
-sığorta fəaliyyətinin təşkili və inkişaf etdirilməsi;
-aqrar sahədə iqlim dəyişiklikləri ilə mübarizə və dəyişikliklərə adaptasiyanın təşviqi;
-dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi və investisiyaların təşviqi;
-bazar intervensiyasının həyata keçirilməsi;
-aqrar sahənin yerli və beynəlxalq bazarlara inteqrasiyası, məhsul dövriyyəsinin, o cümlədən ixracının dəstəklənməsi;
-aqrar sahə üzrə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi;
-su ehtiyatlarından, o cümlədən suvarma suyundan səmərəli istifadənin təmin edilməsi.