Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 29-da uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
Liderxeber.az xəbər verir ki, AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, aşağı həddi 5% və yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb.
Bildirilib ki, faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən ümumi və baza inflyasiya göstəricilərinin, inflyasiya gözləntilərinin və risklər balansının dinamikası nəzərə alınıb.
Eyni zamanda valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər qiymətləndirilib.