Pressa.az » Mədəniyyət » Azərbaycanlı aktyor vəfat edib

Azərbaycanlı aktyor vəfat edib

03 may 2023, Çərşənbə, 10:44
Azərbaycanlı aktyor vəfat edib

Aktyor Rəzzaq Məmmədov 74 yaşında vəfat edib.

LiderXəbər xəbər verir ki, bu barədə Gənc Tamaşaçılar Teatrının Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sənətkar bu gecə uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

O, doğulduğu Lənkəran rayonunun Liman qəsəbəsində dəfn ediləcək.

Qeyd edək ki, R. Məmmədov uzun müddət Gənc Tamaşaçılar Teatrında aktyor işlədikdən sonra təqaüdə çıxıb.