Pressa.az » Mədəniyyət » Orxan Fikrətoğlu nazir müşaviri təyin olundu

Orxan Fikrətoğlu nazir müşaviri təyin olundu

21 aprel 2025, Bazar ertəsi, 17:53
Orxan Fikrətoğlu nazir müşaviri təyin olundu

Mədəniyyət nazirinə yeni müşavir təyin edilib.

Liderxeber.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq Əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.

O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.

Qeyd edək ki, O. Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərib. Bu təyinatadək Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyinin baş direktorunun səlahiyyətlərini müvəqqəti icra edib.