“İçərişəhər” Muzey Mərkəzinin direktoru o oldu - Foto
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib.
Liderxeber.az xəbər verir ki, bu vəzifəyə Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova təyin olunub.
Qeyd edək ki, A. Hüseynova fəaliyyətinə 1988-ci ildə Azərbaycan Xalça Muzeyində başlayıb, 1994-2005-ci illərdə İstiqlal Muzeyinin direktoru vəzifəsində çalışıb.
2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olub.
O, 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
24 dekabr 2024, Çərşənbə axşamı
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür
