Pressa.az » Mədəniyyət » Prezident təqaüdü və fəxri adı olanların müavinəti də - Artırıldı

Prezident təqaüdü və fəxri adı olanların müavinəti də - Artırıldı

12 iyun 2025, Cümə axşamı, 18:12
Prezident təqaüdü və fəxri adı olanların müavinəti də - Artırıldı

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği də artırılıb.

Liderxeber.az xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanı ilə həmin fərdi təqaüdün məbləği  1700 (min yeddi yüz) manat müəyyən edilib.

Fəxri adlara görə aylıq təqaüdün məbləği isə xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 (üç yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 (iki yüz) manat olacaq.

Fərman 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, “Xalq” fəxri adına görə müavinət 200 manat, “Əməkdar” fəxri adına görə isə 150 manat idi.