Rusiya Dmitri Bıkovu axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi yazıçı Dmitri Bıkov barəsində axtarış elan edib.
Liderxeber.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiya Federasiyasında xarici agent kimi tanınan yazıçının adı axtarışda olanlar siyahısına salınıb. Lakin axtarışın hansı maddə ilə aparıldığı açıqlanmır.
Nəşrin məlumatına görə, Rusiya İstintaq Komitəsi Bıkova qarşı Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlar yayma və xarici agent kimi fəaliyyət göstərmə ittihamları irəli sürüb.
Qeyd edək ki, Bıkov yazıçı, şair, publisist, tənqidçi və jurnalistdir. O, 2021-ci ildə Rusiyadan ABŞ-yə köçüb. Rusiya Ədliyyə Nazirliyi onu 2022-ci ilin iyulunda xarici agentlər siyahısına daxil edib.
