Pressa.az » Mədəniyyət » Fərhad Paşayev vəfat etdi

Fərhad Paşayev vəfat etdi

21 oktyabr 2025, Çərşənbə axşamı, 10:06
Fərhad Paşayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, uzun illər Ağdam “Şur” ansamblının bədii rəhbəri olmuş tarzən Fərhad Paşayev vəfat edib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Jurnalist Səadət Məmmədova isə feysbuk hesabında bildirib ki, F.Paşayev 1 aydan sonra Ağdama köçəcəkmiş: “Ömür cəmi bir ay vəfa etsəydi, Fərhad müəllim Ağdama köçəcəkdi. O qədər həvəslə gözləyirdi köçəcəyi günü...”