Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev palataya köçürüldü
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin son sağlıq durumu açıqlanıb.
Direktorun müalicə olunduğu "Məlhəm" hospitalın Reanimasiya və intensiv terapiya şöbəsinin rəhbəri Zaur Ağayev Oxu.Az-a açıqlamasında onun palataya köçürüldüyünü bildirib.
"Vaqif müəllim artıq palataya köçürülüb. Təzyiqi, bütün göstəriciləri stabildir. Huşu normal, aydın və adekvatdır. Artıq yavaş-yavaş özü qidalanmağa başlayıb. Ağciyər rentgeninin nəticələri normaldır, süni oksigen tələbatı yoxdur. Digər orqanların hamısı qaydasındadır. Uzun müddət yataq vəziyyətində olub, indi yavaş-yavaş oturduruq. Hazırda vəziyyəti stabil olaraq qalmaqdadır", - deyə həkim bildirib.
Oxşar Xəbərlər:
30 aprel 2025, Çərşənbə
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 sentyabr 2025, Çərşənbə axşamı
Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev süni nəfəs aparatına qoşulub
02 oktyabr 2025, Cümə axşamı
Füzuli Dövlət Dram Teatrının direktorunun oğlu: "Atama verilən 72 saatlıq vaxt tamam olub"
09 sentyabr 2023, Şənbə
Fizioterapevt: Azərbaycanda fizioterapiya və tibbi reabilitasiya ixtisası təkmilləşdirilir
