Azərbaycan kinosuna itki üz verib
Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Moskva şəhərində vəfat edib.
Bu barədə "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.
Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Vulkana doğru” (film, 1977), “Anın quruluşu” (film, 1980), “Bağlı qapı” (film, 1981), “Üzeyir ömrü” (film, 1981), “Gümüşü furqon” (film, 1982), “Asif, Vasif, Ağasif” (film, 1983), “Burulğan” (film, 1986), “Təxribat” (film, 1990) kimi filmlərdə əsas rolların ifaçısı olub.
O, Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşıdır.
Oxşar Xəbərlər:
10 aprel 2023, Bazar ertəsi
Prezident İlham Əliyev Azər Paşa Nemətovun ölümü ilə bağlı nekroloq imzalayıb
20 fevral 2023, Bazar ertəsi
Sabirabadda pambıq zavodunda yanğın zamanı FHN-in 18 əməkdaşı tüstüdən zəhərlənib