Pressa.az » Mədəniyyət » 2026-cı ilin "Oskar" mükafatı qalibləri bəlli oldu - Siyahı

2026-cı ilin "Oskar" mükafatı qalibləri bəlli oldu - Siyahı

16 mart 2026, Bazar ertəsi, 10:48
2026-cı ilin "Oskar" mükafatı qalibləri bəlli oldu - Siyahı

ABŞ Kinoakademiyasının "Oskar" mükafatlandırma mərasimi başa çatıb.

Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, gözlənildiyi kimi, bu ilin favoritləri "Döyüş ardınca döyüş" və "Günahkarlar" oldu. Onlar əsas, eləcə də bəzi texniki mükafatları topladılar. Pol Tomas Anderson mərasimi birdən-birə bir neçə heykəlciklə tərk etdi, baxmayaraq ki, bundan əvvəl onun ümumiyyətlə "Oskar"ı yox idi. Gilyermo del Toronun "Frankenşteyn" filmi gözlənildiyi kimi təsvirlə bağlı nominasiyalarda qalib gəldi.

"Oskar 2026"nın qalibləri

Ən yaxşı film - "Döyüş ardınca döyüş"

Ən yaxşı animasiya filmi - "K-pop iblis ovçuları"

Ən yaxşı rejissor - Pol Tomas Anderson ("Döyüş ardınca döyüş")

Ən yaxşı aktyor - Maykl B.Cordan ("Günahkarlar")

Ən yaxşı aktrisa - Cessi Bakli ("Hamnet")

İkinci planda ən yaxşı qadın rolu - Emi Mədiqan ("Silahlar")

İkinci planda ən yaxşı kişi rolu - Şon Penn ("Döyüş ardınca döyüş")

Ən yaxşı kastinq - "Döyüş ardınca döyüş"

Ən yaxşı orijinal ssenari - "Günahkarlar" (Rayan Kuqler)

Ən yaxşı adaptasiya olunmuş ssenari - "Döyüş ardınca döyüş" (Pol Tomas Anderson)

Ən yaxşı operator işi - "Günahkarlar"

Ən yaxşı vizual effektlər - "Avatar: Alov və kül"

Ən yaxşı səs - "Formula-1"

Ən yaxşı orijinal saundtrek - "Günahkarlar" (Lüdviq Yoransson)

Ən yaxşı mahnı - "Golden" ("K-pop iblis ovçuları")

Ən yaxşı montaj - "Döyüş ardınca döyüş"

Ən yaxşı qrim və saç düzümü - "Frankenşteyn"

Ən yaxşı kostyumlar - "Frankenşteyn"

Ən yaxşı quruluşçu rəssam işi - "Frankenşteyn"

Xarici dildə ən yaxşı film - "Sentimental dəyər" (Norveç)

Ən yaxşı sənədli film - "Cənab Heç Kim Putinə qarşı"

Ən yaxşı bədii qısametrajlı film - "The Singers" və "Two People Exchanging Saliva" (mükafatın bölüşdürüldüyü nadir hal)

Ən yaxşı qısametrajlı animasiya filmi - "Mirvari ağlayan qız"

Ən yaxşı qısametrajlı sənədli film - "Bütün boş otaqlar"

"Fanatların versiyasına görə ən populyar film" və "Fanatların versiyasına görə blokbasterin ən yaxşı səhnəsi" nominasiyalarından tamamilə imtina edilib. Onlar gənc auditoriyanın diqqətini cəlb etmək üçün 2022-ci ildə tətbiq edilmişdi.