İspaniyada rəssam Qoyanın əsərləri dövlət mülkiyyəti kimi tanındı
İspaniya məhkəməsi məşhur rəssam Fransisko Qoyanın çəkdiyi iki kral portretinin dövlətə məxsus olduğunu qərara alıb.
Liderxeber.az xəbər verir ki, Ali Məhkəmə "Altadis" şirkətinin kassasiya şikayətini rədd edib və bununla tərəflər arasında mübahisəyə son qoyub.
Məhkəmə müəyyən edib ki, əsərlər əvvəlcə kral mülkiyyətinə aid olub, daha sonra isə dövlətin mülkiyyətinə keçib. Qeyd olunub ki, tabloların daha əvvəl müəyyən şirkətlərə verilməsi yalnız istifadə məqsədi daşıyıb və mülkiyyət hüququnun itirilməsi demək olmayıb.
Bildirilir ki, daha əvvəl aşağı instansiya məhkəmələri də "Altadis"in iddialarını rədd etmişdi.
Söhbət 1789-cu ildə çəkilmiş İspaniya kralı IV Karl və kraliça Mariya Luizanın portretlərindən gedir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
30 yanvar 2024, Çərşənbə axşamı
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI

