Pressa.az » Mədəniyyət » Əməkdar artist Rəhman Rəhmanovun oğlu vəfat edib

Əməkdar artist Rəhman Rəhmanovun oğlu vəfat edib

19 sentyabr 2023, Çərşənbə axşamı, 12:46
Əməkdar artist Rəhman Rəhmanovun oğlu vəfat edib

Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanov dünyasını dəyişib.

Bu barədə aktyorun özü açıqlamasında məlumat verib.

Rəhmanovun sözlərinə görə, övladı bir neçə saat öncə vəfat edib.

“Emil bir saat əvvəl M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində vəfat edib. O, damar tıxanması səbəbindən dünyasını dəyişib".

Əlavə edək ki, aktyorun oğlu 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. Emil Rəhmanov 6 il azadlıqdan məhrum edilmişdi. E.Rəhmanov 2014-cü ildə ailə həyatı qurub.