Analoqu olmayan tədbir - Orkestrə robot dirijorluq etdi
Qazaxıstan Milli Qurmanqazı Xalq Alətləri Orkestrinin 93-cü konsert mövsümünün açılışında süni intellekt və müasir texnologiyalar təqdim olunub.
Liderxeber.az Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinə istinadən xəbər verir ki, proqramın ən diqqətçəkən məqamlarından biri robot dirijor olub.
Orkestr onun rəhbərliyi altında bir neçə əsər ifa edib. Bu yaradıcı eksperiment milli orkestrin ənənəvi ifası ilə müasir texnologiyanı bir araya gətirib.
Almatı Şəhəri Gününə həsr olunmuş konsertdə Qazaxıstan instrumental musiqisi, dünya klassikası və şəhərə həsr edilən mahnılar səsləndirilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
02 iyun 2026, Çərşənbə axşamı
Rəhbərlər üçün süni intellekt mövzusunda qapalı sessiya keçirildi - Fotolar
