Tanınmış müğənni zəlzələdən zərərgörənlərə 4 evini verir
Məşhur müğənni Demet Akalın zəlzələdə zərərçəkən ailələrə müvəqqəti yaşamaları üçün ev verə biləcəyini açıqlayıb.
LiderXəbər xəbər verir ki, bu barədə sənətçi öz tviter hesabında məlumat verib. O paylaşımında bildirib ki, İstanbulun Pendik rayonundakı 4 evini zərərgörənlərin üzünə açacaq:
“Pendikdə dörd mənzilimiz var. Zəlzələdən zərərçəkənlərə hazırlayacağıq. Bu müddət ərzində evlərimizi hazırlamaq üçün əşyalara ehtiyacımız var. Əsas kombidir... Kömək etmək istəyənlərin əlaqə saxlamasını istəyirik”.
Onun tvitinə çoxsaylı şərhlər yazılıb. Belə ki, izləyiciləri əşyalar verə biləcəklərini bildiriblər.
Oxşar Xəbərlər:
06 fevral 2023, Bazar ertəsi
Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Türkiyədəki vətəndaşlarımıza müraciət edib
17 yanvar 2023, Çərşənbə axşamı
Deputat: “Hədəfimiz Azərbaycanı əsas bərpaolunan enerji mərkəzlərindən birinə çevirməkdir”