"Cavanşir Quliyevin əməliyyatı başa çatdı"
Xəbər verdiyimiz kimi,Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Türkiyədə xəstəxanada müalicə alır.
LiderXəbər-in məlumatına görə, bəstəkar hazırda əməliyyat olunur. Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında yazıb.
"Sevimli bəstəkarımız Cavanşir Quliyev hazırda əməliyyatdadır. Ailəsi ilə indi əlaqə saxladım, 2-3 saat sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verəcəklərini bildirdilər. Bəstəkarımıza Allahdan şəfa diləyirik" deyə, o bildirib.
Vəsilə Vahidqızı əlavə edib ki, artıq əməliyyat başa çatıb:
"Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır".
Qeyd edək ki, gecə saatlarında bəstəkarın ölüm xəbəri yayılmışdı. Bəstəkarın müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən dəstək verilir.