Pressa.az » Mədəniyyət » “Oppenheimer” “Ən yaxşı film” nominasiyasında BAFTA mükafatını qazanıb

“Oppenheimer” “Ən yaxşı film” nominasiyasında BAFTA mükafatını qazanıb

19 fevral 2024, Bazar ertəsi, 11:30
“Oppenheimer” “Ən yaxşı film” nominasiyasında BAFTA mükafatını qazanıb

Britaniya əsilli amerikalı rejissor Kristofer Nolanın bioqrafik dramı “Oppenheimer” (2023) “Ən yaxşı film” nominasiyasında Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatını qazanıb.

LiderXəbər xarici KİV-ə istinadla xəbər verir ki, ümumilikdə nominasiyaların sayına görə liderlik edən film namizəd olduğu 13 mükafatdan 7-ni qazanıb. Belə ki, o, Britaniya Akademiyası tərəfindən “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ikinci plan aktyoru”, “Film üçün ən yaxşı musiqi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı redaktə” nominasiyalarında mükafat alıb.

Sonrakı yerdə 5 nominasiya ilə Yorqos Lantimosun “Kasıb əşyalar” filmi qərarlaşıb.