Bukmeykerlərin təmsilçilərimizlə bağlı fikirləri dəyişdi
68-ci "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi ilə bağlı bukmeykerlərin təxminləri hər gün dəyişir.
LiderXəbər xəbər verir ki, ölkəmizi yarışmada Fahree və İlkin Dövlətov "Özünlə apar" mahnısı ilə təmsil edəcək. Mahnı martın 15-də təqdim edildikdən sonra onun ətrafında müzakirələr başlayıblar.
Bukmeykerlər bundan əvvəl Azərbaycanı 17-ci yerdə görsələr də, fikirləri dəyişib. Onlar mahnını dinlədikdən sonra Azərbaycanı 19-cu yerə layiq görüblər. Avropa bukmeker kontorları Azərbaycanın qalib olmaq şansını 1% qiymətləndirib.
Mahnı yutubun Azərbaycan seqmentində trendə düşüb. 500 minə yaxın baxışı olan klip hazırda 8-ci pillədədir.
Xorvatiya bukmeker kontorunun proqnozuna görə lider olmaqda davam edir, onun qalib gəlmə əmsalı 17%-dir. Sıralamada Ukrayna (13%) və İtaliyadır (10%).
Qeyd edək ki, birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda İsveçin Malmö şəhərində keçiriləcək.