Xalq artisti: "Efirdə bədənini göstərənlərin psixoloji problemləri var"
"Müğənnilər var, qadağan olunmuş əzalarını göstərirlər. Onları göstərmək olmaz, bu qadağandır, ən böyük günahdır. Xüsusən biz müsəlman qadınlarına. Mənim nəyimə lazımdır. Və yəqin ki, sosial şəbəkələrdə bunun altında çox ikrah doğuran fikir yazıla bilər. Əgər o həmin vəziyyətdə insanların qarşısına çıxırsa, onun psixoloji durumunda problem var. Çünki heç bir qadın, kişi istəməz ki, qadağan olunmuş əzalarını kiməsə göstərsin".
LiderXəbər xəbər verir ki, bu sözləri Xalq artisti Səidə Quliyeva "Onunla açıq söhbət" verilişində qonaq olarkən deyib. O, istər sosial şəbəkələrdə, istərsə də efirdə açıq geyinən müğənnilərin psikoloji problemlərinin olduğunu vurğulayıb:
"Nəyə lazımdır? Əgər kişi də buna razıdırsa, onda onların münasibətində gərçəklik yoxdur. Mən qadın kimi buna baxanda özümdə ikrah hissi yaranır. Orada xoş bir hal yalnız manyak insanlarda yarana bilər. Bu da xəstəliyin bir növüdür. Mənə elə gəlir bu gün o insanlar həmin açıq-saçıqlıqda efirə çıxıb öz bədənlərini nümayiş edirlərsə, onların psixoloji problemləri var. Bir özü bilər, bir də Allahı.
Onlar gənclərə nümunə olmayacaqlar. Olduqları insanlar da elə o səviyyəli, psixi problemli insanlardır, ona dəstək verən, özünü ona bənzədən. Normal tərbiyə görmüş qız heç vaxt o tərəfə yönəlməyəcək. Bunu 100 faiz əminliklə deyirəm. Əxlaqı olmayanların efirdə əxlaqdan danışması yaralı yerimdir. O dönüb keçmişinə baxsın. O baxmırsa da biz dönüb baxaq".
S.Quliyeva ən böyük qorxusundan söz açıb:
"Anam bu gün sağdır. Yaşı da çoxdur. Bu gün onu itirməkdən qorxuram. Onun özündən yox, anasızlıqdan qorxuram".