Pressa.az » Mədəniyyət » Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə yeni təyinat olub

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə yeni təyinat olub

14 mart 2023, Çərşənbə axşamı, 12:05
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə yeni təyinat olub

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə müdir təyin olunub.

LiderXəbər xəbər verir ki, Aynur Nurəddin qızı Kərimova sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, A.Kərimova müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinin müdiri, “Barama Media”nın icraçı direktoru kimi fəaliyyət göstərib.

2009-cu ildən Filologiya üzrə fəlsəfə doktorudur. 2022-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni magistr proqramlarının yaradılması və kurrikulum dizaynı ilə bağlı işçi qrupda fəaliyyət göstərir. “Texnopolis” və “Sima” sənədli media layihələrinin müəllifidir.