Pressa.az » Mədəniyyət » Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yeni ixtisaslar yaradılıb

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yeni ixtisaslar yaradılıb

10 avqust 2024, Şənbə, 09:46
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yeni ixtisaslar yaradılıb

Bu il Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində iki yeni ixtisas yaradılıb.

Liderxeber.az-ın məlumatına görə, bu ixtisaslar dronların texniki xidməti və təmiri üzrə mütəxəssis və alternativ enerji qurğu və avadanlıqlarının istismarıdlr.

Qeyd edək ki, bununla da təhsil müəssisəsində ixtisasların sayı 22-yə çatıb.

Xatırladaq ki, mərkəzin açılışı ötən ilin iyul ayında Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.