Gəncə Dövlət Filarmoniyasında “Musiqinin gücü” təqdim olunacaq
18-20 sentyabr tarixlərində saat 18:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi “Musiqinin gücü” layihəsi Milli Musiqi Gününə həsr olunacaq.
Liderxeber.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək layihə çərçivəsində Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, Xalq Çalğı Alətləri Ansamblı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən musiqi məktəblərinin konsert proqramları baş tutacaq.
“Musiqi gücü” layihəsinin əsas məqsədi klassik musiqini, milli dəyərlərimizi təbliğ və insanların asudə vaxtının səmərəli keçməsinə xidmət etməkdir.
Qeyd edək ki, keçiriləcək konsertlərə giriş sərbəstdir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
16 aprel 2024, Çərşənbə axşamı
Gəncə Filarmoniyasında “Xalqın mədəni sərvəti” layihəsi yenidən təşkil edilib