Pressa.az » Mədəniyyət » Teatrların kommunal xərclərdən azad olunması təklif edilib

Teatrların kommunal xərclərdən azad olunması təklif edilib

11 aprel 2023, Çərşənbə axşamı, 12:23
Teatrların kommunal xərclərdən azad olunması təklif edilib

Teatrların kommunal xərclərdən azad olunması təklif edilib.

LiderXəbər xəbər verir ki, bu təklifi Teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışı zamanı deyib.

"Əvvəlki vaxtlarda Mədəniyyət Nazirliyinə gedəndə elə bil gömrükdən keçirdik. Amma indi vəziyyət dəyişib. Buna görə Adil Kərimliyə təşəkkür edirəm", - o bildirib.

Teatrşünas teatrların kommunal ödənişlərdən azad olunmasını da təklif edib.

O, özəl müəssisələrdə adicə mühafizəçilərin Xalq artistlərindən iki-üç artıq maaş aldığını, bunun yolverilməz olduğunu vurğulayıb. Teatrşünas nazir müavini Adil Kərimlidən teatr jurnalının təsis edilməsini, həmçinin yüksək qonorar verilməsini də xahiş edib