Lənkəran teatrı Füzuli Dövlət Dram Teatrının səhnəsində "Günah" tamaşası ilə çıxış edib
Lənkəran Dövlət Dram Teatrı Füzuli Dövlət Dram Teatrının səhnəsində Rəhman Əlizadənin "Günah" tamaşası ilə çıxış edib.
Tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Fuad Hüseynovdur.
Tamaşada rolları Əməkdar artist Sücəddin Mirzəyev, Teymur Hacızadə, Vəfa Hacızadə, Emin Fərzullayev, Ayşən Əsədova, Allahverən Babayev, Rauf Zeynalov, Buludxan Buludov, Səyad Əliyev, Qızılgül Quliyeva ifa edib.
Tamaşa vicdanını itirmiş insanın cəmiyyət qarşısında islah olunmasından, günahın və vicdan əzabının insan həyatına necə təsir etdiyindən bəhs edir.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib