Azərbaycanda ilk dəfə Ümumrespublika Musiqi Festivalı keçiriləcək

Ölkəmizdə ilk dəfə 4-9 mart tarixlərində Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı baş tutacaq.
Liderxeber.az xəbər verir ki, festivalın ilk günündə Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş elmi seminar və Gəncə Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestrinin bəstəkarın mahnılarından ibarət konsert proqramı keçiriləcək.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq təntənəli açılışda Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı iştirak edəcək.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

16 aprel 2024, Çərşənbə axşamı
Gəncə Filarmoniyasında “Xalqın mədəni sərvəti” layihəsi yenidən təşkil edilib