Xalq artisti Arif Babayevlə vida mərasimi bu gün saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Bu barədə Liderxeber.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xalq artisti 1-ci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Arif Babayev bu gün səhər saatlarında 87 yaşında vəfat edib.