Вернуться назад Распечатать

Füzuli Dövlət Dram Teatrının direktoru komadan ayıldı

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev komadan ayılıb.

Bu barədə Liderxeber.az-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.

O qeyd edib ki, atasının səhhətində irəliləyiş var: "Atam süni tənəffüs aparatından ayrılıb. Müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam edir".

Qeyd edək ki, Vaqif Vəliyev özəl klinikaların birinə yerləşdirilib.