Вернуться назад Распечатать

Meyxanaçı Orxan Lökbatanlının ölüm xəbəri təkzib edildi

Bir neçə dəqiqə əvvəl tanınmış meyxanaçı Orxan Lökbatanlının vəfat etməsi barədə mətbuatda və sosial şəbəkələrdə xəbərlər yayılıb.

Liderxeber.az xəbər verir ki, meyxanaçının sosial şəbəkə hesabında bununla bağlı paylaşım olunub.

Məlumatların doğru olmadığı bildirilib:

“Yalan xəbərdir. Orxan yaxşıdır, narahat olmayın”.

Qeyd edək ki, Orxan Lökbatanlı bir neçə gün öncə xəstəxanaya yerləşdirilərək əməliyyat olunmuşdu.