“Güllü”nün qızı saxlanıldı - Ölkədən qaçmaq istəyirmiş
Eyvandan yıxılaraq ölən məşhur türkiyəli müğənni “Güllü”nün (Gül Tut) ölümü ilə bağlı aparılan istintaq çərçivəsində onun qızı Tuğyan Ülkem Gülter və hadisə günü eyni otaqda olduğu bildirilən rəfiqəsi Sultan Nur Ulu İstanbulda saxlanılıb.
Liderxeber.az xəbər verir ki, onların ölkədən qaçmağa hazırlaşdıqları iddiaları səbəbindən saxlanıldığı bildirilir.
Qeyd edək ki, müğənninin qızı onu öldürməkdə ittiham olunur.
Xatırladaq ki, tanınmış müğənni sentyabrın 26-da evinin balkonundan yıxılaraq həyatını itirmişdi. Sənətçi arabesk janrındakı “Her şeyim oldun”, “Sabah olmadan”, “Bendeki sen” və “Varlığın yeter” kimi mahnıları ilə məşhurlaşıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı
